76-cı Kann Film Festivalının “Müəyyən Baxış” kateqoriyası üzrə qalibləri açıqlandı

76-cı Kann Film Festivalının “Müəyyən Baxış” (Un Certain Reard) kateqoriyası üzrə qaliblər açıqlanıb.

Kulis.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Məlumata görə, “Müəyyən Baxış” kateqoriyasında baş mükafatı britaniyalı rejissor və operator Molli Menninq Uokerin “Necə seks etməli” (How to Have Sex) filmi qazanıb.

Film Uokerin karyerasında tammetrajlı debüt olub. Süjet Yunanıstana tətilə gedən üç məktəbli qızdan bəhs edir.

Mükafatlandırma mərasimində dörd Afrika filminin hamısı mükafatlandırılıb:

Asmae El Moudir, ailəsinin 1981-ci ildə Mərakeşdə baş verən “Çörək iğtişaşları” hekayələrinin arxasındakı həqiqəti araşdırdığı “Bütün yalanların anası” sənədli filminə görə Ən Yaxşı Rejissor mükafatını, Kamal Lazraq Kasablanka ətraflarında çəkilmiş kriminal dramı olan “Hounds” filminə görə Münsiflər heyətinin mükafatı mükafatını, Belçikalı-Konqolu hip-hop sənətçisi Balojinin rejissorluq debütü “Omen” ilk bədii film üçün ən yaxşı yeni səs mükafatını, rejissor Mohamed Kordofaninin Sudan dramı “Əlvida Culiya” Müəyyən Baxış Azadlığı mükafatına layiq görülüb.

Beləliklə, Kannda tez-tez diqqətdən kənarda qalan Afrika kinosu festivalda nümayiş etdirilən rekord sayda filmlə builki göstəricilərlə hər kəsi təccübləndirib.

Qeyd edək ki, 76-cı Kann Film Festivalı bu gün başa çatacaq.

necə cinsi əlaqədə olmaq olar

Share: