2023 HT4 adlı 76 metrlik asteroid böyük sürətlə Yerə yaxınlaşır. O, mayın 12-də planetimizə mümkün qədər yaxınlaşacaq.
Bu barədə NASA məlumat yayıb.
Məlumata görə, 2023 HT4 asteroidi 32 184 km/saat sürətlə hərəkət edir. Bu göy cismi planetimizdən təxminən 6,08 milyon km məsafədən keçəcək. Alimlər onun uçuş trayektoriyasını da müəyyənləşdirilblər.
Qeyd edək ki, NASA Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşan və diametri 100-150 m-dən çox olan astronomik obyektləri potensial təhlükəli hesab edir.
Mənbə: rbc.ua