Atambayev milli strategiya üçün məzuniyyətə çıxır

Qırğızıstan Prezidenti Almazbek Atambayev vəzifə səlahiyyətlərinin bitməsinə bir ay qalmış qısa müddətli məzuniyyətə çıxıb.

 

 

Müstəqil.Az xəbər verir ki, bu barədə informasiyanı prezidentin mətbuat xidməti yayıb.

 

 

“Prezident Almazbek Atambayev 30 oktyabrdan etibarən qısa müddətli məzuniyyət götürüb. Məzuniyyət zamanı prezident Qırğızıstanın 2040-cı ilə qədər davamlı inkişafını təmin edəcək milli strategiyanın yekun variantı üzərində çalışacaq”, – deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, Atambayev 2011-ci ildən Qırğızıstan prezidentinin səlahiyyətlərini icra edir. Atambayevin səlahiyyətləri bu ilin dekabrında bitir

İlkin

Share: