Qoç – adi, sakit, rəvan zamandır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Yaxınlarınız sizdən ev işlərinə və ailə qayğılarına daha çox vaxt ayırmağınızı istəyəcəklər. Yardım istəyənə kömək edin.
Günün ikinci yarısında köhnə əşyalardan və gərəksiz əlaqələrdən qurtulsanız, stress, münaqişə riskini azalda bilərsiniz. Həyatınızda yeni olaylar, insanlar olacaq. Unutmağa başladığınız insan sizə zəng vuracaq.
Qohumlardan birinin qəfil telefon zəngi xahiş və ya hansısa işdə yardım istəyi ilə bağlıdır.
Axşam saatları ciddi söhbət vəd edir.
Buğa – sürprizlər vəd edən zamandır. Yeni tanışlıq, köhnə əlaqələrin bərpası olacaq. Çoxdan bəri gözlədiyiniz xəbəri alandan sonra dərhal irəliləyişə başlayın. Başqalarının maraqlarını nəzərə alaraq öz mənafelərinizi təmin edin.
Günün ikinci yarısında yalanlara və boş vədlərə aldanmayın. İntuisiyanız sizə hadisələrin inkişaf məcrasında dürüst istiqamət seçməyə kömək edəcək. Ümumi planları tərəfdaş və ya şəriklə müzakirə etmək olar.
Şəxsi münasibətlərdə köklü dəyişikliklər zamanı deyil. Yaranmış problemlərin həll yollarını arayanda başqalarına güvənməyin.
Əkizlər – illüziyalara qapılmaynı, realist olun. İşgüzar perspektivləri reallaşdırmaq üçün iradəli davranın. Kreativ insan təsiri bağışlayın. Bəzi məsələlərin həlli ağır olsa da, onları təxirə salmayın.
Günün ikinci yarısında situasiyanı nəzərə alaraq planlarda dəyişikliklər etmək olar. Sevdiyiniz insana yetərincə vaxt ayırın. Yaxınlarınızdan biri diqqət və qayğı gözləyir. Yeniliklərə hazır olun. Sağlam həyat tərzini seçin.
Xərçəng – məşğul olacağınız işi diqqətlə seçin. Yaxın ətrafınızdakı insanları iradlar və tənqidlərlə hövsələdən çıxarmayın. İşlərinizi başqalarına həvalə etməyin. Çox işləməli olacaqsınız.
Günün ikinci yarısında təmaslarda qayda yaradın, kiçik işlərdən boyun qaçırmayın. Səhhətinizin qeydinə qalın, profilaktik tədbirlərlə məşğul olun.
İşgüzar danışıqlar, müzakirələr, yazışma məhsuldar alına bilər. Görüşü təxirə salmayın. Axşam saatlarında enerji tonusunuz normal olacaq.
Şir – şübhəli tədbirlərə və toplantılara qatılmayın. Təfərrüatlarına bələd olmadığınız layihəyə pul yatırmayın. Ailə üzvlərindən birinin təcili yardıma ehtiyacı var. Qohumların məsləhətlərini dəyərləndirin.
Günün ikinci yarısında depressiya riski var. Ruhdan büşməmək, bədbinliyə qapılmamaq üçün bütün diqqəti məşğul olduğunuz işə yönəldin. Alış-verişə yollanmaq olar.
Axşam saatlarında rasionunuza fikir verin.
Qız – planlarınız və ideyalarınızın işlək olmasına fikir verin. Tərəfdaşlarla şəriklər nə istədiyinizi yaxşı anlamadıqları üçün sizi dəstəkləyə bilməyəcəklər. Hər şeyə rəğmən uğurlu əməkdaşlığa can atın. Ümumi maraqlar əlverişli mühitin formalaşmasına təkan verəcək.
Günün ikinci yarısında seçiminizə və hadisələrin inkişafına fatum, təsadüf təsir edəcək. Şansı əldən verməyin.
Tərəfdaşlara təzyiq göstərməyin. Neqativ təmaslardan uzaq durun.
Tərəzi – öz işinizlə məşğul olun, kənar proseslərə müdaxilə etməyin. Emosiyalarınızı tarıma çəkəcək hadisənin yaşanması, xəbərin alınması istisna deyid. Yaxın gələcəklə bağlı perspektivlər baxımından maraqlı zamandır.
Fəaliyyət sahənizdəki perspektivlərlə bağlı planlara dəyişikliklər edin. Yeni təmayülləri dəyərləndirin, rəqiblərin məşğul olduqları işlərin təfərrüatlarından xəbər tutun.
Günün ikinci yarısında enerji tonusunuza fikir verin. Axşam saatlarında normal istirahət edin.
Əqrəb – tək qalmaq, müstəqil çalışmaq mümkün olmayacaq. Kollektiv fəaliyyətdə xeyir var. Aradığınız məlumatı internetdə tapmaq olar. Bloqlar və ya Facebook-dakı qruplara nəzər salın. İdeyalarla planların praqmat, real olmasına can atın. Ən əlverişli ideyanı gerçəkləşdirməyə başlayın. Zəruri hazırlıq prosesini təxirə salmayın.
Günün ikinci yarısında əlaqələrlə təmasları aktivləşdirmək, müzakirələri aktivləşdirmək olar. Tərəfdaşların yardımlarına ehtiyacınız var. Yardım edin, informasiyaları bölüşün.
Axşam saatlarında mühüm məsələni nəzərdən keçirmək olar. Şəxsi münasibətlərdə həll olunmamış məsələlər qoymayın.
Ailə qayğıları ön planda olmalıdır. Təmir, qohumlara yardım, ailə üzvlərinin maraqları önəmlidir.
Oxatan – səmimi, nikbin və gülərüz olmağa çalışın. Yaxın ətrafınızdakı insanlar bunu sezəcəklər. Maraqlı tanışlıqlar və yeni əlaqələr zamandır. Sizi usandıran, mənfi emosiyaların yaranmasına səbəb olan insanla təmasları kəsin.
Günün ikinci yarısında ötən həftədən yarımçıq qalan işi başa vurun. Dəvət aldığınız tədbirə qatılın. Emosiyalarınıza nəzarət edin.
Axşam saatlarını xoş hisslər əldə etmək üçün dəyər verdiyiniz insanlarla keçirin.
Oğlaq – yaxşı perspektivlər vəd edən gündür. Yeni işlərə başlamaq, səfər və ya səyahətə yollanmaq, danışıqlar aparmaq olar. Yeni layihənin ilk baxışdan nəzərə çarpmayan şərtlərinə fikirin verin.
Şəxsi münasibətlərdə qəfil problemlərin yaranmasına imkan verməmək üçün qarşılıqlı anlaşma olmalıdır. Kənar təsir altına düşməyin. Aktiv olun, müstəqil çalışın. Köhnə əlaqələrdən yararlanaraq yeni gəlir mənbələri əldə etmək olar.
Dolça – yaxşı, münasib gündür. Faydalı işlərlə məşğul olun. Fəaliyyət arealını nizama salın. Əlavə yükdən qurtulun, yaşamınızı bir qədər rahatlaşdırın. Hədiyyə almaqdansa hədiyyə vermək yaxşıdır.
İş və ya yaradıcılıq üçün çatışmayan nəsnələri əldə edə bilərsiniz.
Günün ikinci yarısında istənilən, hətta önəmsiz saydığınız məsələlərdə tələskənliyə yol verməyin. Seçimdə yanılmayın.
Təfərrüatlara fikir verin, təcrübədən yararlanın. Şəxsi münasibətlərdə kömək və qayğı sözlərdən önəmlidir.
Axşam saatlarında birgə istirahətə üstünlük verin.
Balıqlar – işlərin həddən artıq olması sizi aqressivləşdirməsin. Bəzi işləri etibar etdiyiniz insanlara tapşıra bilərsiniz. Yaxınlarınıza yardım edin. Qayğıya ehtiyacı olanın sözünü yerə salmayın.
Detallara fikir verin.
Günün ikinci yarısısında fiziki işlərdən yayınmayın. Yorğunluq qıcıq yaratmamalıdır. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Gəzintiyə çıxmaq olar.