Bu günün əsas tarixçəsi 1857 ci ildə Nyu-Yorkda tekstil fabrikində işləyən qadınların etirazı ilə bağlıdır.Etirazçılara hücum edən polis işçiləri fabrikin qapılarını bağlayaraq ora od vurmuş və nəticədə 120 yə yaxın qadın orda yanaraq məhv olmuşdur. Hazırda dünyanın 30- a yaxın ölkəsində bu gün qadınlar bayramı kimi qeyd olunur.
Bəs yaşadığımız dövlətdə bu günü necə qeyd etməliyik? Qadınlar günü, yoxsa qadınlar bayramı? İllər öncə neçə-neçə uşağın anasını,qardaşın bacısını,ataların qızlarının məhv elədiyi bir tarix bu günümüzə bayram kimi gəlib çatmışdır.Polislərin küçələri süpürən qadınlara,qadın sürücülərinə gül hədiyyə etməsi hər il təkrar olunan haldır.Hansıki 8 Mart tarixinin dərinliklərinə yiyələnsək, həmin günü faciə kimi yaşadan məhs polis əməkdaşları olmuşdur.8 Martdan başqa bütün günləri qadınlar günü kimi adlandırsaq daha doğru olar məncə.
Bayram adı ilə qadınlara hədiyyə olunan buket,mişka,çaşka əvəzinə onlara sakit həyatı,hüquqlardan müdaxiləsiz istifadə etmək haqqını ,xoşbəxt yaşamaqlarını hədiyyə edin.Qadınlar qadın olduqlarını dərk etdikdən sonra biləcəklər ki, onlar istədiyi sahədə işləyə ,istədikləri şeyi seçim edə və qərar verə bilərlər.Qızların kiçik yaşlarından bir çox hüquqlarından məhrum etməsi onların qadın cinsinə mənsub olması ilə əlaqələndirirlər .Haqqı çatan bütün məsələlərdə iştrak etmək üçün kişimi doğulmalıdır adam?
Bu gün Azərbaycanda qadın zoraklıqları və qadın ölümləri ən qadağan olunmuş mövzulardır.Məsələ təkcə cinayət törədən adamın cəzalanması ilə bitməməlidir.Cinayət baş verənə kimi qızışan mövzuları xırdalıqlara qədər araşdırıb geniş şəkildə tədbirlər görüb həllini tapmalıdır.Bütün bu kimi halların nəticəsi olaraq yeniyetmə qızlarda kliniki depressiya oğlanlara nisbətən daha tez -tez diaqnostik olunur və 15-19 yaşlı qızlar arasında ölüm hallarının başlıca səbəbləri psixoloji zoraklıq və ağır depressiyalar nəticəsində olunan intiharlardır.Qadın və qızların hüquqlarının bu dəhşətli pozuntularına qarşı mübarizə aparmaq üçün daha çox səy göstərməyincə qadın gününün qeyd olunması həmişə absurd bir hal kimi qalacaqdır.
Xavər Şəfiyeva
Müstəqil.Az