Ekvadorun sahilyanı Quayaquil şəhərində silahlı şəxslər bir qrup vətəndaşa hücum edib, nəticədə 8 nəfər ölüb, 8 nəfər yaralanıb.
xəbər verir ki, bu barədə “AP” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb
Şahidlərin sözlərinə görə, şənbə günü yerli vaxtla axşam 19:00 radələrində silahlı şəxslər Quasmo rayonunun cənub bölgəsinə avtomobillə gəliblər.
Onlar bir qrup insana atəş açıb.
Nəticədə iki nəfər yerindəcə ölüb, daha 6 nəfər xəstəxanada vəfat edib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.