Qondarma erməni soyqırımına dənizçilərimizin münasibəti

Qondarma erməni soyqırımına dənizçilərimizin münasibəti

Ermənilərin bütün dünyaya soyqırım olduqlarını anlatmaq istəyinin bir ili də arxada qaldı. Təəssüf ki, öz havadarları və dünyaya səpələnərək güclü lobbiçilik şəbəkəsini yaradan ermənilər öz çirkin əməllərinə son vermək istəmirlər. “Erməni soyqırımı”nın qarayaxma olmasını,  özlərini məzlum, əzablara düçar olmuş xalq kimi göstərmək istəmələri dünyanın bir çox alimlərinin tutarlı faktları ilə yalan olması sübutlansa da, istək və qərəzli mövqelərini hələ də əl çəkmirlər.

Müstəqil.Az budəfə alimlərin, tarixçilərin fikirləri ilə deyi,  dənizçilərimizin qondqrma erməni soyqırımı haqda fikirlərini öyrəndi:

“Bue Kaspian” şirkətinin “Topaz Triumph” gəmisinin kapitanı Seyfulla Əliyev:

Qondarma erməni soyqırımı iddiası Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığını qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki, qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır. Gerçəkləşdirilən üsyanlar və Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə “Köç” qərarı çıxartdı. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.

Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hərşey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.
XDND idarəsinin “Şamaxı” gəmisinin kapitanı, DSD İB -nin sədri Faiq Balabəyli:
Düz 106 ildir ki, erməni millətləri yalandan soyqırım olduqlarını bar-bar bağırır, gülünc və eyni dərəcədə iyrənc siyasət yürüdürlar. Ermənilərin 1915-ci ilin aprel ayının 24 nü özlərinin qətliam olunmaları kimi təqdim etmək cəhdlərini ancaq və ancaq rəzalət və alçaqlıq kimi xarakterizə etmək olar. Yalandan inləmələr, göz yaşaları tökmək, özlərini əzabkeş və məzlum kimi tanıtmaq cəhdləri ilə insanlığa yad olan xarakter sərgiləyirlər. Təəssüf ki, onların səsinə səs verənlər də var. Ermənilərə elə gəlir ki, belə əxlaqsız siyasət yürütməklə bəzi xalqları öz yalanlarına inandıra biliblər. Lakin, düşündükləri bu inandırma  heç də onların çürük siyasətinin bəhrəsi deyil. Bu olsa, olsa Qərbin, Avropanın bir çox aparıcı dövlətlərinin ümumilikdə Türk xalqlarına olan düşmən mövqelərindən irəli gələn yalançı inamdır. Hər kəsə məlumdur ki, dünyada erməni soyqırımı adlandırılan qətliam olmayıb. Ermənilər bütün dövrlərdə, elə indininn özündə də  azad və rahat yaşadıqları bir dövlətə xəyanət ediblər. Erməni adlandırılan və yer kürəsinin üz qarası olan bu toplum xəyanətlərinin son ucu olaraq Anadoludan köç etdirilib. Türkiyənin bir çox dövlətlərlə, eləcə də Rusiya ilə cəlb edildiyi bi müharibədə ermənilərin uzun müddət sığınaraq rahat yaşadıqları torpaqlarda etdikləri vəhşiliyin ən sivil cavabı bu olmalı idi. İxtiyar kişi və qadınların, qadınların və azyaşlı uşaqların ümüdünə qalan kəndlərə, obalara hücum edərək misli görünməmiş vəhşiliklər törətməklə sözün əsl mənasında türkləri və müsəlman xalqları soyqırım etmişdilər.
Türkiyə tərəfin dəfələrlə müraciətinə baxmayaraq Ermənistan arxivlərini açmır ki əsl həqiqət ortaya çıxsın. Elə erməni havadarları olan, ABŞ, Rusiya, Fransa və İniltərə digər ölkələr də Türkiyənin tələb etdiyi arxivlərin açılmasında maraqlı deyillər. Səbəbi də məlumdur. Arxivləq açılsa çox qaranlıq mətləblərə işıq düşəcək və məlum olacaq ki, özlərini demokratik və söz, güc sahibi kimi aparan ölkələr əslində öz iftirai ilə çirkabın, çamurun içindədirlər və onlar şər qüevvənin ynında dururlar.  Tarixin çox da uzaq olmayan səhifələrinə nəzər yetirsək görərik ki, 1905-1915, 1918, 1956, 1991-93 cü illərdə Anadoluda, Ərzurumda, Qarsda, Sarı qamışda, İrəvanda, Zəngəzurda, Vedidə, Basarkeçərdə, Şamaxıda, Bakıda, Qubada, Lənkəranda və digər bölgərədə soyqırım ermənilər tərəfindən türklərə və digər müsəlman xalqlarına qarşı edilib.

XDND idarəsinin “General Şıxliniski” gəmisinin elektrik mühəndisi Səxavət Səfərov:

105 ildir erməni ideoloqları öz iyrənc yalanları ilə dünyanı türk toplumuna qarşı nifrətlə doldurmaqda davam edir və üstəlik türklər tərəfindən “soyqırımı”na məruz qaldıqları iddiası ilə hər il 24 apreli matəm günü kimi qeyd edirlər. Baxmayaraq ki, o vaxtdan indiyə qədər milyonlarla türkün qanını axıdıblar, amma qisasçılıq hissindən əl çəkməyiblər. Bədxahlar bu azmış kimi dünya ölkələrinin parlamentlərində bu mövzunu gündəmə gətirməyə çalışırlar və çox vaxt da nail olurlar.

Əslində, ermənilər aprelin 24-nü ona görə “soyqırım günü” kimi qeyd edirlər ki, köç haqqında qərardan sonra onların dövlət yaratmaq istədikləri 6 vilayətdə onsuz da azlıq təşkil edən ermənilərin sayı minimuma endirilmişdir. Yəni onların Türkiyə ərazisində dövlət yaratmaq xülyaları boşa çıxmışdı..

Fakt isə odur ki, istər Şərqi Anadolunun ruslar tərəfindan işğalı dövründa, istərsə da 1917 ci il inqilabından sonra rus qoşunlarının geri çəkilməsi zamanı onların silah-sursatını ələ keçirən ermənilər türklərə qarşı sözün həqiqi mənasında soyqırım törətmışdilər.

Sovet Rusiyası hökuməti 1917-ci il dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Əgər Türkiyədə ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirilmiş olsaydı Rusiya hökumətinin belə bir dekret vermesi gülünc olardı. Bu dekret Türkiyə ərazisinde dövlat yaratmaq üçün ermənilərin iştahasını daha da artırmışdı. Ermenilerin novbeti soyqırımları yaxın keçmışə qədər davam etmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş  366 -cı motoatıcı alayının zirehli texnikası və hərbi heyyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib soyqırım törətdilər. Bu ermənilərin ilk soyqırımı deyildi.

Ermənilər soyqırımla yanaşı terror təşkilatlarında ən çox adı hallanan millətdir . 1885 ci ildə yaranmış “Armenakən” teror təşkilatı Türkiyənin Van, Muş, Bitlis, Trabzon və İstanbul da silahlı toqquşmalar və teror aktları törədilmişdir.  Ən çox da eşitdiyimiz ASALA terror təşkilatı 1973 cı ildə yaradılıb.  Bu təşkilatın əsas məqsədi böyük Ermənistan qurmaq, Azərbaycan  və Türkiyə vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Bu günə kimi 10 larla belə erməni terror təşkilatları olmağdadır.

XDND İdarəsi “Şamaxı” gəmisinin bosmanı Hacı Ramazanov:

24 Aprel ermənilərin uydurduqları cəfəng dolu, qərəzli soyqırım aktına cavab olaraq bildirmək istəyirəm ki, bütün bunlar yalandır və özlərini yazıq, məzlum göstərmək məqsədi ilə yürütdükləri bir siyasi olundur. Türk xalqı heç vaxt erməniləri soyqırım eləmiyib. Əksinə erməni daşnak birləşmələri, başda Andrianik olmaqla Türkiyənin bir çox bölgələrində, konkret Anadoluda,  Sarı qamışda və başqa ərazilərdə türkləri vəhşicəsinə soyqırıma uğradıblar. Onlar dünya sivilizasiyasında görünməmiş vəhşiliklər törədərək dinc adamların başlarını diri- diri qaynar qazana soxaraq bişirib, qoca qadın və kişiləri, körpə uşaqları  və ünahsız uşaqları qılıncdan keçiriblər. İnsanları borunun içinə doldurub vəhşicəsinə yandırıblar. Ölüləri təhqir edərək quyuları doldurular. Ermənilərin bütün tarix boyu etdikləri vəhşiliyi sübut edən faktlar dünya xalqlarına çatdırılıb. İndi isə onların bu vəhşiliklərinə son qoyulmalı və onların əməllrinə qiymət verilməli və onlar dünya xalqlarını cəfəng yalanlarla aldatdıqlarına görə kəskin şəkildə cəzalanmalıdırlar. Və nəhayət erməni daşnak birləşmələrinin riyakarlığı barədə bir ölçü götürülməlidir. Erməni terror təşkilatı Asala məhv edilməlidir.

Müstəqil.Az

Share: