Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

Türk Kitabı. Unudulan Tarix… – Minə xanım Nuriyeva – Təkləli

(davamı. II təqdimat)

Müstəqil.Az tanınmış türkoloq, filologiya elmləri doktoru, professor Minə xanım Nuriyeva-Təkləlinin Rusiya ərazisindəki tarixi türk şəhərlərindən dolğun məlumat verən “Türk Kitabı. Unudulan Tarix…” kitabının hissə-hissə davamlı olaraq byayınına başlayırş

  Kitabda tarixən Türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu Türk torpaqlarında bir neçə yüz illər boyunca    adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski Türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur.

Öz geniş köksündə qədim türk kitabələrini- yazılı yazısız şahid abidələri, torpaqlar altında yatan əcdadlarımızın türk əzəmətini dağa çevirən kurqanlar daşlarda türk imzası – tamğalar… İndi yad hüdudlara sığınmış və ya əslindən kökündən şübhəli, amansız bir soyuqluqla ayrılıb qopan, dəyişən-dəyişdirilən türk soylarının ana yurdu yadigarları nə qədər, hüznlü dayanıb dursalar da göz dağı olmaq qədər canlı faktlardır.

                                  

Orşa.    Ada Kala. Dnepr üzərində Türk şəhəri.

Ada Kala (indi Orşa) müasir Belorusiyanın Vitebsk vilayətində şəhər. Vaxtilə Orşa (indiki Orşitsa) çayının Dnepr çayına töküldüyü yerdə möhkəm türk qalası olmuşdur.Türk  hərbi məntəqəsi Ada Kalanın adı rus yazılı mənbələrində ilk dəfə 1067-ci ilə aid “Povesti vremennıx let”  səhifələrində cəkilir(1, 544). (Qeyd: “Povesti vremennıx let” ümumrus əlyazmaları toplusudur; Kiyevdə 12-ci əsrin ilk onilliyində tərtib olunmuşdur. Onun əsas canını Lavrenti və İpatov salnamələri təşkil edir )Dnepr çayı ilə su yolu kimi əlverişli mövqeyə malik olan şəhər Rusiya, Polşa, Baltikyanı ölkələr, Ukrayna ilə güclü ticarət əlaqələri saxlaya bilirdi. Odur ki şəhər siyasi, ticari və sənətkarlıq mərkəzi olaraq inkişaf etməkdə idi.  Şəhərin adı həqiqətən onun təbii istehkam-qala görünüşü ilə bağlı idi. Belə ki, qalanın yeri hərbi – strateji baxımdan çox əlverişli sayılırdı. Orşa ilə Dneprin qovuşduğu yerdə- bu çayların hər iki tərəfdən qucduğu çayarası sahədə yerləşən və xilqətən alınmaz olan bu qalanı çaylar hər tərəfdən mühafizə edir, ona gələn yolları təbii şəkildə bağlayırdı. Arxadan – qurudan açıq qalan, sanki qorunmayan, lakin insan əlinə tapşırılan bu səmtdən isə qazılmış və su ilə doldurulmuş dərin kanal qalanı göz bəbəyi kimi qoruyurdu. Beləliklə, Ada Kala təbii, ilahi qüdrətiylə yaranmış belə bir adada qərar tuturdu. Adı da buradandır. Ada Kala öz zamanına görə möhkəm qala sayılır və təbii qala şöhrətini daşıyırdı. Dneprin (Uzu çayının) sahillərində belə bir qala mühüm əhəmiyyətə malik idi; ondan su yolu ilə Kiyevə və yuxarıya Smolenskə getmək mümkün olurdu. Orşa çayı ilə isə (onu sonradan Orşitsa adlandırdılar) Qərbi Dvinə, Vitebskə, Baltik dənizinə, Novqoroda çıxmaq olardı. 1768-1774-cü illər Rus-Türk müharibəsinin gedişində Ada Kala istila olunmuş və Reç Pospolitanın birinci bölünməsi sonucu olaraq 1772-ci ildə Rus imperiyasının tərkibinə verilmişdir. Həmin zamandan o üzərində yerləşdiyi çayın adı ilə Orşa adını daşıyır. Bu adın da qədim türk sözü Or “xəndək, kanal” sözündən yarandığı ehtimalı güclüdür. Sözə qüvvət olaraq deməliyik ki, Volqanın da qollarından biri Orşa çayıdır( Tver vilayəti ərazilərində) Osmanlılara məxsus daha bir Ada Kala (müasir Rumınya ərazisində) vardır. 1691-ci ildə yenidən inşa olub möhkəmlənən  Dunay sahillərindəki bu qala Dəmir Qapı boğazını nəzarətdə saxlayırdı(2,340).Cerdap Su-Elektrik stansiyasının tikilişi ilə su altında qalmışdır(1972)

  1. Энциклопедический словарь Брокгауз и Eфрона, т.I, “А”, с.384; Большая Советская Энциклопедия, т.18
  2. İslam Ansiklopedisi, I c., İstanbul
Share: