85 yaşlı Berluskoni evləndi – Fotolar

85 yaşlı Berluskoni evləndi – Fotolar

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni evlənib. Onun toyu Milanda villasında baş tutub.

Müstəqil.Az xəbər verir ki, mediamaqnat deputat Marta Faşina ilə nikah masasına oturub. Marta 85 yaşlı Silviodan 53 yaş cavandır.

Cütlük rəsmi nikaha girməyib. Onlar yaxınlarını başına yığaraq toy ediblər. Məclisdə 60 qonaq yer alıb. Berluskoninin övladları da atalarının toyuna qatılıblar. Onlar arasında ancaq böyük oğlu Pier olmayıb. Hazırda Pierin koronavirusa yoluxduğu bildirilib.

Bəy “Armani” brendindən olan mavi kostyum, gəlin isə “Antonio Riva”dan gəlinlik seçib.

Qeyd edək ki, Berlunskoni xanımı ilə 2018-ci ildə tanış olub. Silvionun İtaliyada böyük mediaşirkəti var. O, 7,2 milyard dollar dəyərində dəyərləndirilir.

Müstəqil.Az
Share: