replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

İran dövlət televiziyasında Azərbaycanla bağlı QALMAQAL: Keçmiş səfirdən acı HƏQİQƏTLƏR

İran dövlət televiziyasında Azərbaycanla bağlı QALMAQAL: Keçmiş səfirdən acı HƏQİQƏTLƏR

İranın dövlət televiziyasında son günlər gərginləşən Azərbaycan-İran münasibətlərinə həsr olunmuş verilişdə qalmaqal yaranıb.

BAKU.WS “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, “Ecoiran” verilişində iranlı siyasi və iqtisadi təhlilçi Azərbaycanın iranlı yük maşını sürücülərindən rüsum almasını qanunsuz adlandırıb. O, Azərbaycanın İranın ərazi bütövlüyünü müdafiə etmədiyini, körfəzdə 3 adanın İrana məxsus olması ilə bağlı açıqlama vermədiyini bildirib.

“Buna görə də Azərbaycanın torpaqlarının işğal olunmasının İrana aidiyyatı yoxdur”, – deyə, o, bildirib.

Təhlilçinin bu çıxışını verilişə onlayn qoşulan İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani etiraz ilə qarşılayıb. Səfir təhlilçinin iddialarını əsassız sayıb, onun arqumentlərinin İranın konstitusiyasına belə zidd olduğunu deyib.

“Necə olur ki, dünyanın o biri başında müsəlmanların hüquqlarını müdafiə etdiyinizi iddia edir, özünüzü İslam dünyasının mərkəzi adlandırırsınız, ancaq ermənilərin ölümünə ürək yandırdığınız halda azərbaycanlıların qətliam edilməsinə reaksiya vermirsiniz? Xocalıda baş verən soyqırımı görməzlikdən gəlib, bunu və azərbaycanlıların öz torpaqlarından çıxarılmasını məhkum etmirsiniz”, – deyə, keçmiş səfir bildirib.

Təhlilçinin “biz Xocalı soyqırımında və 90-cı ilərdəki hadisələrdə Azərbaycanı himayə etmişik”, iddiasını absurd adlandıran Əfşar Süleymanı deyib ki, İranın Azərbaycanı himayə etməsi barədə iddialarla bağlı heç bir fakt yoxdur.

Qeyd edək ki, xüsusilə son günlər Azərbaycanla bağlı mövqeyinə görə Əfşar Süleymani İran mətbuatının və radikal cərəyanlarının hədəfinə çevrilib.

Bir neçə gün öncə Əli Xamneyinin nəzarətində olan və SEPAH-la ETTELAAT-ın mövqeyini əks etdirən “Keyhan” qəzeti Əfşar Süleymanini “Azərbaycanın beşinci kolon”u adlandırıb, onun fəaliyyətinin araşdırılmasını və barəsində ölçü götürülməsini tələb edib.

Müstəqil.Az

Share:

seo

-

isim değiştirme