Davtyan: Hərbi əsirləri Ermənistanda ölüm gözləyir

Davtyan: Hərbi əsirləri Ermənistanda ölüm gözləyir

Orada (Brüssel görüşündə – red.) humanitar məsələlər müzakirə olunacaq. Ermənistan “hərbi əsirlər”ə əvəz Azərbaycana minalanmış ərazilərin yeni xəritələrini verəcək.

Müstəqil.Az xəbər verir ki, bu fikirləri erməni politoloq Qarnik Davtyan “İcmal” verilişinin efirində bölüşüb.

Onun sözlərinə görə, İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdən fövqəltəbii nəsə gözlənilməməlidir:

“Ümumiyyətlə, erməni cəmiyyətində parçalanma müşahidə olunur. Bəziləri Rusiyaya, bəziləri isə Qərbə qarşı çıxır. Bəziləri “hərbi əsirləri” qəhrəman, digərləri isə xəyanətkar adlandırır. “Hərbi əsirləri” Ermənistanda məhkəmə və xain damğası, işgəncə gözləyir. Onları burada ölüm də gözləyə bilər. Bakı bu tezisləri istifadə edərək həmin əsirləri üçüncü ölkəyə vermək üçün beynəlxalq instansiyalara müraciət edə bilər.

Bütün ermənilər başa düşür: hazırkı siyasi balans o qədər pozulub ki, Ermənistanın suverenliyi, demək olar, yoxdur”.

Qeyd edək ki, 4 dekabrda Azərbaycan 16 Noyabr döyüşlərində əsir götürülən 10 hərbçini geri qaytarıb. Ermənistan isə qaytarılan hərbçilərdən 5-ni dərhal həbsə atıb.

Əli MƏMMƏdOV

Share: