“9 ayda əhalinin nominal gəlirləri 20 faizdən çox artıb”

“9 ayda əhalinin nominal gəlirləri 20 faizdən çox artıb”

“Bu ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatında ÜDM-in həcmi 5,6 faiz artaraq 38 milyard manatı, qeyri-neft ÜDM-i isə 10,1 faiz artaraq 50 milyard manatı keçib”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili bildirib.

“Ötən dövr ərzində Azərbaycanın ixracı idxalı 19 milyard dolları üstələyib. Strateji valyuta ehtiyatlarımız 55 milyard dolları keçib. Son 9 ay ərzində əhalinin nominal gəlirləri 20 faizdən çox, orta aylıq əmək haqqı 14 faizdən çox artıb. Son 9 ayda həmçinin ərzaq inflyasiyasının həcmi 19 faizə yaxın olub”, – deyə deputat deyib. 

Tahir Mirkişili əlavə edib ki, bu il dövlət büdcəsindən işğaldan azad olunan ərazilərin bərpası üçün 4 milyardan  manatdan çox vəsait ayrılıb ki, onun da böyük bir hissəsi icra olunub: “2023-cü ilin dövlət büdcəsindən bərpa işlərinə daha çox vəsaitin ayrılacağı gözlənilir”.

Eldar Tanrıverdi


Share: