9 övladının DNT-ni yoxlatdı..Heç biri öz övladı deyilmiş… DƏHŞƏT

Mərakeşin 35 yaşlı sakinlərindən biri övladlarının DNT analizini yoxlatdırdıqdan sonra şoka düşub. Məlum olub ki,  9 övladından heç birinin bioloji atası özü deyil.
Müstəqil.Az Moderator.az -a istinadən bildirir ki, bu haqda  “Khaleej Times” nəşri xəbər yayıb. Təhsil işçisi olan mərakeşli bütün evlilik həyatının yalan olduğunu, arvadının ona xəyanət etdiyini təsadüfən – özünün müayinə olunduğu zaman öyrənib.
Müayinədən sonra həkimlər ona bildirib ki, o,  gənc yaşlarından tamamilə sonsuz olub və övladı ola bilməzdi. Bundan sonra uşaqlarının da DNT-ni yoxladan  mərakeşli  evlilikləri boyu arvadının məşuqu olduğunu və 9 övladının da yad kişidən doğulduğunu öyrənib və dəhşətə gəlib. Hazırda o, arvadından ayrılıb və  məhkəmə vasitəsilə bioloji ataları olmadığı uşaqlarından da imtina etmək qərarı verib.

Share: