ABŞ-ın nüfuzlu nəşrlərindən “Nyu York Tayms”ın 4 il əvvəl nəşr etdiyi xəritədə Yaxın Şərqdə 9 yeni dövlətin yaranacağı göstərilib.
Axar.az xəbər verir ki, “Yavaş-yavaş Yaxın Şərqin xəritəsi yenidən çəkilir” başlıqlı yazıda mövcud 5 dövlətin yerində 14 dövlətin necə yaranacağı təhlil olunub.
Yazıda Yəmən, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Liviya kimi ölkələrin parçalanacağı göstərilib. İraqın şərqində bir kürd bölgəsi, mərkəzində sünni dövləti, paytaxt Bağdadın cənubunda isə bir şiə dövlətinin qurulacağı qeyd olunub.
Məqalədə Suriyadakı müharibənin Yaxın Şərqin taleyini dəyişdirəcək parçalanmanın başlanğıcı olacağı, bunun təməlində isə məzhəb fərqlilikləri və etnik qarşıduma ilə yanaşı, Ərəb baharının proqnozlaşdırıla bilməyən nəticələrinin dayanacağı bildirilib.