93 hektara yaxın ərazi minadan təmizləndi

93 hektara yaxın ərazi minadan təmizləndi

Mayın 3-dən 8-dək 93 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Qeyd edilir ki, mayın 3-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 23, tank əleyhinə 12 mina və 104 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Müstəqil.Az

Share: