Türkiyənin Hatay bölgəsinin İskenderun rayonunda 9 nəfər eyni anda eyni binanın dağıntılar altından sağ aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, möcüzə zəlzələdən 93 saat sonra baş verib.
Tapılan şəxslərin adları da məlum olub. Onlardan 6-sı Oqtay ailəsinin üzvləridir.
Məlumata görə, xilasedicilər həmin şəxslərin hər biri ilə əlaqə yarada bilib, onların dağıntılar altından çıxarılması üçün 5 saatdır işlər davam etdirilir. Hazırda isə zəlzələdən 98 saat keçib.