1920-ci ildə ölən və öldüyü kimi də qorunan 2 yaşlı qız tarixin ən qəribə mumiyalarındandır.
Müstəqil.Az Moderator.az-a istinadən xəbər verir ki, şüşə tabutda saxlanılan uşağın 94 ildir gözünü açıb-bağlamasına heç bir səbəb gətirilmirdi.
Dünya onu “yatmış gözəl” kimi tanıyır. 1920-ci ildə İtaliyada 2 yaşında dünyasını dəyişən Rosalia Lombardonun mumiyalanmış cəsədində heç bir dəyişiklik olmamışdır. General Mario Lombardonun qızını mumiyalayan həkim Alfredo Salafia öz sirrini heç kəsə verməyib. Amma son araşdırmalar mumiya üçün bir açıqlama gətirib. Həkim Alfredo Salafianın ortaya çıxan əlyazmasında onun mumiya üçün istifdə etdiyi dərmanların tərkibi araşdırılıb. Qızın gözlərini açıb bağlama səbəbi də məlum olub. Uşaq öləndə gözləri yarıaçıq vəziyyətdə olub. Onun saxlanıldığı şüşə tabutun optik şüşəsinə görə günün müxtəlif saatlarında cəsədin gözlərini açıq kimi götərir.