Fransada 97 yaşlı ABŞ-dan olan veteran Tom Rays Normandiyada müttəfiqlərin gəlişinin 75-ci il dönümü münasibəti ilə paraşütlə tullanıb.
Bu barədə Oxu.Az “Associated Press” agentliyinə istinadən xəbər verir.
Yerə endikdən sonra Rays özünü əla hiss etdiyini və yenidən tullanmağa hazır olduğunu bildirib.
Qeyd edilir ki, veteran məhz 75 il öncə müttəfiqlərlə birliklə “Omaha Biç”ə endiyi yerə paraşütlə tullanıb. Lakin onun sözlərinə əsasən, 1944-cü ildə o, yerə qaranlıqda düşmüşdü və dəqiq harada olduğunu bilmirdi.