Bu gün Lökbatan qəsəbəsində Ə.Əmirov adına Mədəniyyət evində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, xalq şairi Sabir Rüstəmxanlının oxucularla görüşü keçirilib .
Bu haqda Müstəqil.Az -a VHP-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirirlir ki, yüksək səviyyədə baş tutan görüşdə S.Rüstəmxanlının yaradıcılığı ilə bağlı geniş söhbət açılıb, şairin şerləri səsləndirilib.
Qarşılıqlı dialoq şəraitində keçən görüşdə Sabir bəy ədəbiyyat, ictimai-siyasi proseslər, millətin və dövlətin gələcəyi ilə bağlı sualları cavablandırıb.
Müstəqil.Az