Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər.
APA xəbər verir ki, təqribən 18-20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.
Qəza nəticəsində 5 nəfər ölüb, 10-a qədər insan yaralanıb.
Lerik rayon İcra Hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov xəbəri təsdiqləyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
16:30
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
“Report”un məlumatına görə, hadisə Günəşli kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.