window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
İngiltərə Premyer Liqasında altıncı tura yekun vurulub.
Turun son qarşılaşmasında “Mançester Yunayted” çempionatın lideri “Arsenal”ı qəbul edib.
Hücumçu Kriştianu Ronaldu ardıcıl dördüncü dəfə “qırmızı şeytan”ların start heyətində yer almayıb. O, yalnız matçın 58-ci dəqiqəsində meydana daxil olub və oyundakı ilk qolun müəllifi, debüt matçındaca fərqlənən Antoni Santosu əvəzləyib.
Gərgin keçən qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib – 3:1.
Bu, “Arsenal”ın yeni mövsümdəki ilk məğlubiyyəti olub. Xalsız qalmalarına baxmayaraq, “topçular” çempionatdakı liderliklərini qoruya biliblər. Mankunianlar isə bu nəticədən sonra turnir cədvəlində beçinci sıraya yüksəliblər.