Lerikdə 8 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün saat 15:20 radələrində rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, “Mersedes” markalı mikroavtobus sərt döngədə idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb. Nəticədə sərnişinlərdən 8 nəfəri hadisə yerində ölüb, sürücü və digər 6 sərnişin isə xəsarət alıblar. İlkin məlumata görə, ölənlərin hamısı qadındır. Onların Lerikdə “Baba ocağı” adlı ziyarətgahdan gəldiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Lerikdə qəzada ölənlərin tam siyahısı məlum olub.
“Qafqazinfo” “Apa”ya istinadən xəbər verir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.
Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:
Həşimova Sərvər Əhməd qızı;
Axundova Saray İslam qızı;
Ağayeva Təcrübə Ağababa qızı;
Cəfərova Güldəstə Məmmədağa qızı;
Rzayeva Səmayə Ağababa qızı;
Rəhimova Nazxanım İsabala qızı;
Tahirova Zərnitac İslam qızı.
Elmar Əli