Sudanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı 112-yə yüksəlib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində davam edən leysan təxminən 35 min evin tamamilə, 49 min evin isə qismən dağılmasına səbəb olub.
Açıqlamada yağışların səbəb olduğu daşqınlarda 115 nəfərin yaralandığı qeyd edilib.
Sel fəlakətlərinin baş verdiyi Nil çayı, Cəzirə, Ağ Nil, Qərbi Kurdufan, Cənubi Darfur və Kesele əyalətlərində fövqəladə vəziyyət elan edilib.
Birləşmiş Millətlər Təşkilatının Humanitar İşlər üzrə Koordinasiya Ofisi Sudanda 18 əyalətdən 15-də şiddətli yağış və daşqınlardan zərər çəkənlərin sayının 226 minə yüksəldiyini açıqlayıb.