Hindistanın şərqindəki Bihar əyalətində ildırım vurması nəticəsində 17 nəfər ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 6-nın tarlada işləyən işçilər olduğu bildirilib.
Meteorologiya mərkəzi əlverişsiz hava şəraitinin 5 gün ərzində ölkənin şimal-şərqində təsirli olacağı ilə bağlı xəbərdarlıq edib.
Əyalət Baş naziri Nitish Kumar hadisədən kədərləndiyini bildirərək həyatını itirənlərin ailələrinin hər birinə 5 min dollar veriləcəyini açıqlayıb.
Qeyd edək ki, iyun və iyul aylarında Bihar əyalətində bu səbəbdən ən azı 60 nəfər ölüb.