Meksikada radioaktiv maddələr olan konteynerin oğurlanmasından sonra 7 ştatda həyəcan siqnalı verilib.
Müstəqil.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Latınamerika ölkələri vətəndaş müadafiəsi milli xidməti məlumat yayıb.
Oğurluq hadisəsi fevralın 8-də Quanaxuato ştatında baş verib. Hazırda 7 ştatda zərərli maddələrin olduğu konteynerin axtarışları aparılır.
Mütəxəsislər sözügedən maddələrin insan sağlamlığı üçün ciddi təhlükə daşıdığını bildiriblər.