Suriyanın şimal-şərqindəki Həma şəhərində hərbi helikopter qəzaya uğrayıb və yaşayış binalarının üzərinə düşüb.
“Qafqazinfo” SANA agentliyinə istinadən xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyi helikopterin ekipajının həlak olduğunu bildirib, lakin binaların sakinləri arasında itkilər barədə məlumat verilməyib.
Məlumatda helikopterin texniki nasazlıq səbəbindən qəzaya uğradığı qeyd olunub.