“Formula -1”: Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

“Formula -1”: Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin tarixi 3 ildən sonra yenidən dəyişdirilib.

“Report” xəbər verir ki, “Motorsport”un açıqladığı ilkin təqvimdə yarışın aprelin 30-da keçiriləcəyi göstərilib.

Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri müvafiq olaraq, 29 və 28 aprelə təsadüf edib.

Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda baş tutub.

Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 – 12 iyunda gerçəkləşib. Yarışın qalibi “Red Bull”dan Maks Ferstappen olub.

Share: