“Buta Airways” aviaşirkətinin “J2-9111” nömrəli Bakı-Alanya reysini yerinə yetirən hava gəmisinin kapitanı Antalyada ehtiyat hava limanına eniş etmək qərarına gəlib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, buna səbəb yanan meşələrdən qalxan güclü tüstü ilə əlaqədar görmə şəraitinin zəifləməsidir.