Meymunçiçəyi epidemiyasının episentri açıqlandı

Meymunçiçəyi epidemiyasının episentri açıqlandı

Amerika qitəsi ölkələri bütün dünyada meymunçiçəyi epidemiyasının episentrinə çevrilib.

Bu barədə Panamerika Səhiyyə Təşkilatının direktoru Karissa Etienn bildirib.

“Hazırda dünyada ən çox meymunçiçəyi hadisəsi bizim bölgədədir”, – deyə Etienn onlayn mətbuat konfransında bildirib.

Sentyabrın 6-na qədər olan məlumata görə, Amerika qitəsində meymunçiçəyinə 30 000-dən çox yoluxmanın əksəriyyəti ABŞ, Braziliya, Peru və Kanadada müəyyən edilib.

Braziliya, Ekvador və Kubada ölüm halları təsdiqlənib. Yoluxanların əksəriyyəti yetkin kişilərdir, lakin azı 145 qadın və 54 azyaşlının xəstələndiyi məlumdur.

Mənbə: TASS

Share: