Zibilin smartfon çexollarına çevrilməsi üçün üsul kəşf edilib.
Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, “Phoneblocks” şirkətinin həvəskarları smartfonlar üçün zibildən çexol düzəltməyə imkan verən xüsusi presləyici maşın hazırlayıblar. Sistem xammal qismində plastik butulka, qəhvə üçün karton stəkan və kağızdan istifadə olunur.
Əvvəlcə həvəskarlar çexolun hazırlanması üçün formaya malik presləyici maşın yaradıb, nümunə üçün onlar “iPhone 6s”, “iPhone 7” və ya “iPhone 8” modellərini – bazarın ən populyar smartfonlarının formasını götürüblər. Çexolun hazırlanması üçün presləyici qurğu maşına təzyiq altında smartfon aksessuarına preslənəcək zibili yükləmək kifayət edir.
Presləyici qurğunun hazırlanması üçün 450 avro xərclənib. Çexollar üçün xammal isə zibilxanalardan toplanır. Həvəskarların sözlərinə görə, bu üsul 3D çap vasitəsilə bamper və çexolların hazırlanmasından daha ucuzdur, eləcə də presləyici maşın zibili utilizasiya edir.
Müstəqil.Az