Böyük Britaniya krallığının arıçısı Con Çeppel Kraliça II Elizabetin ölümü barədə Bukinqem Sarayında və Klarens-hausdakı arı pətəyinə məlumat verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.
Əsrlərə gedib çıxdığı güman edilən ənənəyə görə o, arıların yaşadığı pətəklərə qara lentlər bağlayıb. Arıçı onlara kraliçanın öldüyünü və bundan sonra yeni sahibinin olacağını söyləyərək, onları kralla yaxşı davranmağa çağırıb.
Ritual köhnə mövhumata əsaslanır ki, arılar mülkiyyətçinin dəyişməsi barədə məlumat verilməsələr, bal istehsalını dayandıracaqlar, pətəyi tərk edəcəklər, hətta öləcəklər. Çeppel bildirib ki, ənənənin bir hissəsi olaraq hər bir pətəyi döyüb demək lazımdır: “Ağanız öldü, ancaq uçmağa ehtiyac yoxdur. Yeni sahibiniz sizə xeyirxah davranacaq”.