Moldovanın Mülki Aviasiya İdarəsi “Air Moldova” milli aviaşirkətinə Moskvaya uçuşları bərpa etməyi qadağan edib.
“Mülki Aviasiya İdarəsi mətbuata və sərnişinlərin nəzərinə çatdırır ki, 10 sentyabr 2022-ci il tarixdə 06 saylı əməliyyat direktivi dərc olunub. Sənədə əsasən, Rusiya Federasiyasının hava məkanında milli operatorlar tərəfindən hava əməliyyatlarının aparılması qadağan edilib”, – deyə idarədən bildirilib.
Bundan əvvəl baş nazirin müavini Andrey Spinu Moskvaya birbaşa uçuşların bərpasını məsuliyyətsizlik adlandırıb və bu uçuşların riskli ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, bugünlərdə “Air Moldova” Ukrayna müharibəsi səbəbindən bu ilin fevralında dayandırılan Moskva ilə Kişinyov arasındakı aviareyslərin oktyabrın 1-dən bərpa olunduğunu elan edib.
Mənbə: gazeta.ru