Müstəqil.Az bildirir ki, “Seanews.az”-ın məlumatına görə, uzunluğu 293 metr, eni 24 metr olan LNG gəmisi “Samsung Heavy Industries Co. Ltd.” -nin tərsanəsində tikilir və 2024-cü ildə sifarişçiyə təhvil veriləcək.
“NYK” şirkəti “Kyuden Group” ilə təkcə LNG daşımalarında deyil, həm də LNG təchizatında və dünyada ilk böyük tutumlu LNG ilə işləyən kömür daşıyıcısının tikintisində tərəfdaşlıq etmək niyyətindədir.
Baş ofisi Tokioda yerləşən “Nippon Yusen Kabushiki Kaisha” (“NYK Line”) beynəlxalq logistika, gəmiçilik, kruiz, terminal əməliyyatları, daşınmaz əmlakın idarə edilməsi və digər əməliyyatlar üzrə ixtisaslaşmışdır. “NYK Group” 700 müxtəlif gəmidən ibarət və ümumi dedveyti 60 milyon tondan çox olan donanmanı idarə edir.
Müstəqil.Az