Papua-Yeni Qvineyada 7,7 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, təbii fəlakətin episentri ada dövlətinin paytaxtı Port Moresbidən 348 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində ölənlərin olduğu bildirilir.