Nazirdən yeni TƏYİNAT: İş başında ölən polkovnikin yerinə keçən şəxs kimdir?

Nazirdən yeni TƏYİNAT: İş başında ölən polkovnikin yerinə keçən şəxs kimdir?

Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.

Manset.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib.

O, bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi. 

Share: