İsveçrənin Malmö şəhərində siçanlar üçün nəzərdə tutulmuş miniatür mağaza və restorana açılıb. Miniatür restoranın girişində şüşəyə salınmış menyu və balaca velosiped var.
Müstəqil.Az Publika.az-ın xəbərinə görə bildirir ki, restoranın hazırlıq prosesinin şəkillərini Anony Mouse adlı istifadəçi öz “İnstagram” səhifəsində paylaşıb. Miniatürün müəllifi restoranı açmaq səbəbinə aydınlıq gətirməyib, ancaq onu sosial şəbəkədən izləyənlərə 2017-ci ildə daha çox belə “restoran” açacağına söz verib.