Azərbaycan Ordusunun erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu dəfn olunub.
APA xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Mehbalıyev Yasamal rayonu ərazisində yerləşən İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.