Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubunun növbəti yığıncağında bir sıra təşkilatı məsələlər müzakirə olundu. Klubun sədri Əlizadə Nuri, həmçinin yığıncağın işində iştirak edən AYB üzvlərindən Əlirza Həsrət, Ələddin Əzimli, Bilal Alarlı, İman Abdulla və Faiq Hüseynbəyli ilk növbədə Gənclər bölməsinin yaradılması məsələsini təklif etdilər.
Bu Haqda Müstəqil.Az-a Poeziya klubinin mətbuatla əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilib ki, bölgə yazarları Hacı İlham Əsgərov və Bəşir Nuri müzakirələrə qatıldılar.
Tədbirdə gənclər adından çıxış edən Faiq Hüseynbəyli bölgəni təmsil edən xeyli gənc AYB üzvünün olduğunu bildirdi, onların bir qisminin bölgədə yaşadığını və işlədiyini yığıncaq iştiakçılarının nəzərinə çatdırdı. O, təklif etdi ki, Gənclər bölməsinə katib seçmək AYB-nin gənc cəlilabadlı üzvlərinə həvalə olunsun, çünki katib gənc yazarlarla bağlı təşkilatı işləri görməli, bir növ, əlaqələndirici funksiyasını yerinə yetirməlidir.
Yığıncaqda qeyd olundu ki, Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubu fəaliyyət sənədi kimi AYB-nin Nizamnaməsini əsas götürür. Gənclər adından Faiq Hüseynbəyli Poeziya Klubunun xüsusi aylıq dərgisinin yaradılmasını məsləhət gördü.
Poeziya Klubunun bu yığıncağında Ələddin Əzimli, Əlirza Həsrət, Bilal Alarlı və Faiq Hüseynbəylinin şeirləri oxunub müzakirə olundu. Bilal Alarlı ədəbi orqanlarda və sosial şəbəkələrdə yer alan şeirlərə diqqət çəkdi və Gülnarə İsrafilin bir şeirini oxudu. Yığıncaq iştirakçıları gənc şairənin şeirinə münasibət bildirdilər.
Sonda qərara alındı ki, Abbasağa Azərtürk adına Cəlilabad Poeziya Klubunun növbəti yığıncaqlarında bölgə yazarlarının doğum günləri qeyd olunsun, yeni kitablarının təqdimat mərasimi təşkil edilsin.
Fevralın 23-ü Faiq Balabəylinin doğum günü olduğu üçün növbəti yığıncaq bu məsələyə həsr olunacaq.
Müstəqil.Az