Erməni hərbi ekspert Qaren Hovhannisyan Azərbaycan Ordusunun yüksək səviyyədə təchiz olunmasından danışıb.
“Qafqazinfo”nun erməni mediasına istinadən məlumatına görə, o qeyd edib ki, Azərbaycan hökuməti öz ordusu üçün heç nəyi əsirgəməyib:
“Azərbaycan hərbçilərinin hər birinə milyonlarla dollar xərcləyib. Xüsusi təyinatlıların döyüşçüləri müxtəlif ölkələrdə, əsasən də Türkiyədə beynəlxalq kurslar keçiblər”.