Şəhid anası: “Oğlum 20 yaşına qədər mənə əmanət idi, indi də Allaha əmanətdir”

Şəhid anası: “Oğlum 20 yaşına qədər mənə əmanət idi, indi də Allaha əmanətdir”

Oxu.Az xəbər verir ki, bu sözləri şəhid Polad Şirinovun anası Mahirə Şirinova deyib.

O bildirib ki, oğlu ilə şəhadətindən üç gün öncə danışıb:

“Oğlum heç nə deməzdi. İşi barədə məlumat verməzdi. Hər zaman deyərdi ki, başını dik tut. Oğluma söz vermişəm ağlamayacam. Başımı dik tutacam. Vətən sağ olsun, başqa nı deyə bilərəm”.

Könül Cəfərli

 

Share: