“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Müstəqil.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Əlbəttə, qalib gəlmək xoşdur. Amma son günlərdə çoxlu şəhid vermişik. Buna görə tam sevinə bilmirik. Bu üzdən görüşə hazırlaşmaq da çətin olduğunu söyləyib: “Çünki bu hadisələr biz çox pis təsir edir. Şəhidlərin anaların, həyat yoldaşlarının, valideynlərinin, övladlarının videolarına baxırıq, çox ağırdır. Bu matça hazırlaşmaq psixoloji cəhətdən çox çətin idi”.
Müstəqil.az