Tacikistan hərbçiləri Qırğızıstanın Batken vilayətində avtomobil körpüsünü partladıblar.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Qırğızıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Daç yolunun yeddinci kilometrliyində Tacikistan hərbçiləri tərəfindən 36 metrlik körpü partladıldı”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, Qırğızıstanla Tacikistan sərhədində növbəti gərginlik sentyabrın 16-da başlayıb.