Atababa İsmayıloğlu… “Ədəbiyyat qəzeti”ndə bir yerdə işlədik. Bir müddət onun müavini olaraq çalışdım. Dodaqlarından gülüş əskik olmazdı.
Hər kəsə də təbəssüm bəxş edərdi. Güclü yumor hissi vardı. Kiçik həcmli, lakin böyük düşüncənin məhsulu olan hekayələrin, felyotonların, novellaların müəllifi idi. Bir çox hekayələrinin qəhrəmanlarının prototipi tanıdıqları, birlikdə işlədiyi insanlar idi. Elə mən də onun müşahidələrinin, qələminin diqqətindən kənar qalmamışam.
Əməkdar İncəsənət işçisi olan Atababa müəllim Mədəniyyət Universitetinin müəllimi idi. Çox sayda tələbələri vardı ki, ona olan dərin hörmətləri ilə müəllimlərinə xüsusi bir yaşam stimulu verirdilər.
Bu gün dəfn olundu. Bizləri tərk etdi. Allah rəhmət eləsin.
Faiq Balabəyli