Meksikanın qərb mərkəzi hissəsində yerləşən Miçoakan əyalətində 7,6 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin təxminən 15 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.
Çimərliyə yaxın ərazidə baş verən zəlzələ ilə əlaqədar “sunami təhlükəsi” xəbərdarlığı edilib.
Meksika Milli Seysmoloji Xidməti isə zəlzələnin maqnitudasının 7,4 olduğunu açıqlayıb.