Bu gün Rusiyada qismən səfərbərlik elan edilməsinə qarşı etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Vesna” hərəkatı öz rəsmi tviter hesabında paylaşıb.
Aksiyanın yerli vaxtla 19:00-da Rusiyanın bütün şəhərlərində keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə qismən səfərbərlik elan edib.
***
Rusiya şəhərlərində səfərbərliyə qarşı etirazlar keçirilir. Sibir və Uzaq Şərqdə insanlar həbslərdən qorxaraq şüarsız, plakatsız şəhərlərin mərkəzi meydanlarına çıxırlar.
Xabarovskda 12 nəfər səfərbərliyə qarşı aksiyaya çıxıb.
Yakutskda sentyabrın 21-i axşam saatlarında səfərbərlik elan edildikdən sonra bir neçə nəfər mərkəzdəki meydana toplaşıb.
İrkutskda aksiyalarda təxminən 10 nəfər saxlanılıb, yalnız bir neçə onlarla adam mərkəzi meydana gəlib.
Ümumilikdə təxminən 10 şəhərdə 60-dan çox etirazçı saxlanılıb.
Moskva prokurorluğu şəhər sakinlərini mitinqlərdə iştiraka, onu təşkil etməyə və ya etirazlara çağırışa görə inzibati cəza və 15 ilə qədər həbs cəzası ilə hədələyib.