Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Böyük Britaniyanın Baş naziri Liz Trass ilə görüşüb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.
Türkiyə liderinin Britaniyanın yeni seçilən Baş naziri ilə görüşü “Türkevi”ndə reallaşıb.