![Ceyhun Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda Ceyhun Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda](https://qafqazinfo.az/uploads/1663908389/bayde.jpg)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında paylaşım edib.