Bu günə qədər 23 dövlət Ukraynanın Rusiyaya qarşı iddiasında iştirakla bağlı istəyini bildirib.
Dövlətlər məhkəmə iddiasına baxılmasında üçüncü tərəf kimi iştirak etmək xahişi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) ərizə təqdim edib.
Bu barədə Strasburq məhkəməsi məlumat verib.
Ukraynanın iddiasına qoşulmaq istəyən 23 hökumət arasında Bolqarıstan, Yunanıstan, Malta, Macarıstan və Kipr istisna olmaqla, bütün Avropa İttifaqı ölkələri var. Aİ-yə daxil olmayan üzvlər arasında isə Norveç bununla bağlı istəyini bildirib. Böyük Britaniya və İslandiya da qoşulmaq niyyətindədir. Bundan əlavə, Cenevrə Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları Akademiyası qeyri-hökumət təşkilatı akkreditasiya üçün müraciət edir.
Sentyabrın 16-dan etibarən Rusiya Avropa Şurasından çıxarıldığına görə artıq Avropa İnsan Hüquqları Konvensiyasına üzv deyil. Lakin buna baxmayaraq AİHM hələ də Rusiyanın həmin tarixə qədər törətdiyi cinayətlərə baxa bilər.
Mənbə: UNİAN