Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə hazırlaşırlar

Azərbaycan cüdoçuları dünya çempionatına Çin yığmaları ilə hazırlaşırlar

Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.

Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaqlar.

Qeyd edək ki, dünya çempionatı 6-12 oktyabrda təşkil olunacaq.

Share: