UEFA Millətlər Liqasında V tura yekun vurulub.
“Report”un məlumatına görə, 3-cü oyun günündə A, B və C Liqalarında ümumilikdə 9 oyun keçirilib.
A Liqasının 2-ci qrupunda İspaniya evdə İsveçrəyə, Çexiya isə Portuqaliyaya uduzub.
B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanı darmadağın edib. Şotlandiya isə evdə İrlandiyaya qalib gəlib.
2-ci qrupda 1 oyun baş tutub. İsrail evdə Albaniyanı məğlub edərək, adını pley-offa yazdırıb. Meydan sahibləri həəmçinin A Liqasına vəsiqə qazanıb.
4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç isə Serbiya ilə bacarmayıb.
Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovodan, Kipr isə Yunanıstandan güclü olub. Məğlubiyyətə baxmayaraq, yunanlar həm B Liqasına, həm də pley-offa yüksəliblər.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, V tur
24 sentyabr
A Liqası
2-ci qrup
İspaniya – İsveçre – 1:2
Qollar: Xordi Alba, 55 – Manuel Akanci, 21. Brel Embolo, 59
Çexiya – Portuqaliya – 0:4
Qollar: Diequ Dalot, 33; 52. Brunu Fernandeş, 45+2. Dioqu Jota, 82
Xal durumu: İspaniya – 8, Portuqaliya – 7, Çexiya – 4, İsveçrə – 3
B Liqası
1-ci qrup
Ermənistan – Ukrayna – 0:5
Qollar: Aleksandr Timçık, 22. Aleksandr Zubkov, 57. Artyom Dovbik, 69; 84. Danil İqnatenko, 81.
Şotlandiya – İrlandiya – 2:1
Qollar: Cek Hnendri, 49. Rayan Kristi, 82 (penalti) – Con İqan, 18
Xal durumu: Ukrayna 10, Şotlandiya – 9, İrlandiya – 4, Ermənistan – 3
2-ci qrup
İsrail – Albaniya – 2:1
Qollar: Şon Veysman, 46. Tay Baribo, 90+2 – Mürto Uzuni, 88
Xal durumu: İsrail – 8 (4 oyuna), İslandiya – 3 (3 oyuna), Albaniya – 1 (3 oyuna), Rusiya* – 0
4-cü qrup
Sloveniya – Norveç – 2:1
Qollar: Andraj Şporar, 69, Benyamin Şeşko, 81 – Erlinq Holann, 47
Serbiya – İsveç – 4:1
Qollar: Aleksandar Mitroviç, 18; 45+1; 48. Saşa Lukiç, 70 – Viktor Klaesson, 15
Xal durumu: Norveç – 10, Serbiya – 10, Sloveniya – 5, İsveç – 3
C Liqası
2-ci qrup
Şimali İrlandiya – Kosovo – 2:1
Qollar: Gevin Uayt, 82 – Coş Macennis, 93 – Vedat Muriki, 58
Kipr – Yunanıstan – 1:0
Qol: Marinos Tsionis, 18
Xal durumu: Yunanıstan – 12, Kosovo – 6, Kipr – 5, Şimali İrlandiya – 2.
22:54
UEFA Millətlər Liqasında daha bir qarşılaşma Sloveniyada baş tutub.
Oxu.Az xəbər verir ki, B liqasının 4-cü qrupunun 5-ci turunda Norveç səfərdə Sloveniyanın qonağı olub.
Qarşılaşmada hesabı qonaqlar açıb. Erlinq Holan 47-ci dəqiqədə fərqlənib.
Bu, “Mançester Siti”nin hücumçsunun millinin heyətində meydana çıxdığı 22-ci oyunda 21-ci qolu olub.
Lakin Holanın ultraməhsuldarlığı komandasına bəs etməyib.
61-ci dəqiqə Sporar, 81-ci dəqiqədə isə Sesko ilə iki qol vuran meydan sahibləri yekunda qələbə qazanıblar.
Qolları təqdim edirik:
19:34
UEFA Millətlər Liqasında oyunlar davam edir.
Oxu.Az xəbər verir ki, B liqasının 1-ci qrupunun 5-ci turunda Ukrayna Ermənistana qonaq olub.
İrəvanda keçirilən oyunda Ukrayna millisi özünü qonaq kimi aparmayıb.
Belə ki, üç gün əvvəl Şotlandiyaya 0:3 hesabı ilə məğlub olan Oleksandr Petrakovun yetirmələri bu dəfə Ermənistanı meydana çıxmağa peşman ediblər.
Qonaqlar meydan sahiblərinin qapısından 5 cavabsız qol keçiriblər.
Matçın qısa icmalını təqdim edirik: